Son yeniləmə: 24 Fevral 2023 12:17
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi fəaliyyətini uğurla davam etdirir. Mərkəz 2022-ci ildə 52-si insan alveri qurbanı, 32-si potensial insan alveri qurbanı (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslər) olan 84 nəfəri sosial reabilitasiya xidmətləri ilə təmin edib.
Bu barədə fevralın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Mərkəzin sosial işçi, psixoloq və hüquq məsləhətçisindən ibarət işçi heyəti tərəfindən bu kateqoriyadan olan şəxslərin hər biri ilə bağlı fərdi sosial reabilitasiya planı tərtib edilir və həyata keçirilir: “Onların sosial-hüquqi, sosial-psixoloji dəstəklə təminatı, tibbi-sosial reabilitasiyası, məşğulluğunun təmin edilməsi sahəsində işlər aparılır. Hazırda isə 8 nəfəri insan alveri qurbanı, 2 nəfəri isə potensial insan alveri qurbanı olan 10 zərərçəkmiş şəxsə xidmətlər davam edir”.