Press "Enter" to skip to content

Şirin Ebadi fars-molla rejimi ilə eyni mövqeni sərgiləyir

Zaur BAYRAMLI

Son yeniləmə: 24 Fevral 2023 12:25

Zaur Bayramlı: Bu cür insanların insan hüquqlarından danışmağa mənəvi haqqı yoxdur

BAYRAQDAR MEDİA – “Dünyada insan hüquqlarının müdafiəçisi kimi tanınan Şirin Ebadinin Ruben Vardanyanın çağırışına dəstək verməsi məni heç təəccübləndirmədi. Çünki Ş.Ebadi kimilər heç bir zaman məsələlərə obyektiv baxmayıblar. Onlar həmişə məsələlərə ideloji baxımdan yanaşıblar”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı ictimai-siyasi fəal Zaur Bayramlı deyib.

Nobel laureatı Şirin Ebadi və Ruben Vardanyan ortaqlığı

Xatırladaq ki, bir müddət öncə bölücü kriminal Ruben Vardanyan “Qlobal humanitar liderlər Dağlıq Qarabağda humanitar fəlakəti dayandırmaq üçün təcili hərəkətə çağırır” adlı paylaşım etmişdi. Bu “çağırışın” altına imza edənlərdən biri də iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi idi. Azərbaycanı hədəfə alan, Azərbaycana qarşı böhtan, yalan və iftiralarla zəngin olan bu “çağırış”ın altına imza atanlar arasında Ş.Ebadinin də olması o taylı, bu taylı Azərbaycanlılar arasında haqlı narazılıqla qarşılanıb.

Z.Bayramlı deyib ki, həmin Ş.Ebadi 30 il boyunca Qarabağda ermənilər tərəfindən törədilən vəhşiliklərə, insan hüquqlarının vəhşicəsinə pozulmasına, Xocalıda əsrin faciəsinin törədilməsinə, hətta iki il öncə Ermənistan tərəfindən Tərtərdə, Bərdədə, Gəncədə dinc insanların raket hücumuna məruz qalmasına heç bir reaksiya verməyib: “Amma Ş.Ebadi indi R.Vardanyanın çağırışına dəstək verir. Bir də bu qadın guya ixtisasca hüquqşünasdır. Amma bunu görməzdən gəlir ki, “Dağlıq Qarabağ” adlı bir ərazi subyekti yoxdur. Yəni Ş.Ebadi bu addımı ilə həm də beynəlxalq hüquqa tüpürmüş olur”.

Z.Bayramlı həmçinin, “Ş.Ebadi guya ki, fars-molla rejiminə qarşı dayanan birisidir. Amma erməni məsələsinə münasibətdə fars-molla rejimi ilə eyni mövqeni sargiləyir. Bu cür insanların dünyada çıxıb insan hüquqlarından, obyektivlikdən danışmağa mənəvi haqqı yoxdur” deyib.

İranlı Nobel laureatının ermənilərlə birləşməsi etiraz doğurdu

Mission News Theme by Compete Themes.