BAYRAQDAR MEDİA – Fevralın 24-də Rusiyanın Ukraynaya əsassız və səbəbsiz təcavüzünün bir ili tamam oldu. Bu münasibətlə dünyanın müxtəlif qurumları Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirən paylaşımlarla diqqət çəkir.
NATO-nun rəsmi sosial media hesabında paylaşılan video “NATO nə qədər lazım olarsa, o qədər də Ukraynanın tərəfində olacaq” mesajı verilib.
NATO will #StandWithUkraine 🇺🇦 for as long as it takes pic.twitter.com/9UDLiuEuDv
— NATO (@NATO) February 23, 2023
Avropa Komissiyasının Prezidenti Ursula fon der Layen isə yazıb: “Biz sizinləyik. Biz bu var olma savaşının ilk anlarından sizinlə birlikdə olmuşuq. Ukrayna qitəmizin mərkəzinə çevrilib. Elə bir yerə çevrilib ki, burada bizim dəyərlərimiz mühafizə edilir, elə bir yer ki, burada bizim azadlığımız qorunur, elə bir yer ki, burada Avropanın gələcəyi yazılır. Ukraynaya eşq olsun”.
🇪🇺🇺🇦 We are with you.
We have been with you in this existential fight from the beginning.
Ukraine has become the centre of our continent.
The place where our values are upheld, where our freedom is defended, where the future of Europe is written.
Слава Україні. pic.twitter.com/SUDfSamkKZ
— Ursula von der Leyen (@vonderleyen) February 23, 2023
ABŞ Dövlət Departamenti isə Rusiyanın Ukraynaya təcavüzünün bir illiyi münasibətilə ayrıca açıqlama yayıb.
“Bir il öncə Prezident Putin düşünürdü ki, o, Ukraynanı tezliklə ayaq altına alacaq, bizim müttəfiqlərimizi və tərəfdaşlarımızı bir-birindən ayıracaq. O, yanılmışdı. Ukrayna hələ də ayaqdadır. Ukraynaya dəstək verən beynəlxalq koalisiya heç vaxt olmadığı qədər birdir və biz Ukrayna ilə bir olmağa davam edəcəyik”, – deyə açıqlamada bildirilir.
One year ago, President Putin thought he could quickly topple Ukraine and divide our allies and partners. He was wrong. Ukraine still stands. The international coalition in support of Ukraine is more united than ever, and we will remain #UnitedWithUkraine. https://t.co/yqBBXTu8F6
— Matthew Miller (@StateDeptSpox) February 23, 2023