Son yeniləmə: 24 Fevral 2023 12:01
BAYRAQDAR MEDİA – Quzey Makedoniya parlamenti hökumət çoxluğundan çıxan Alternativa Partiyasına mənsub 3 naziri vəzifəsindən azad edib.
Bu barədə Balkan News məlumat yayıb.
Bildirilib ki, Quzey Makedoniya parlamentinin 104-cü sessiyasında kabinet dəyişikliyi çərçivəsində Alternativa Partiyasından olan səhiyyə naziri Bekim Sali, informasiya cəmiyyəti və dövlət idarəçiliyi naziri Admirim Aliti və diasporla iş üzrə dövlət naziri Cemail Çupi vəzifələrindən azad ediliblər.
Bildirilib ki, Alban Alyansının hökumətə daxil olmasından sonra yeni kabinetin formalaşması labüd olub.
Alban Alyansının hökumətə qoşulma qərarı ilə hakim koalisiya gücləndi və hökumət bununla da Avropa Birliyi danışıqlarına zəmin yaradacaq konstitusiya dəyişikliklərini həyata keçirmək üçün vaxt qazandı.