BAYRAQDAR MEDİA – İranın İsfahan şəhərində min nəfərdən çox erməninin iştirakı ilə azərbaycanlı eko-fəalların Laçın yolundakı aksiyasına son qoyulması tələbi ilə nümayiş keçirilib.
Xəbəri fevralın 24-də Azad İran Telegram kanalı yayıb.
“Etirazçılar əllərində “Artsaxın blokadasını dayandırın”, “Ermənistanın təhlükəsizliyi, İranın təhlükəsizliyidir”, “Bakının Qafqaz siyasətinə son qoyun!”, “NATO-nun Turan dəhlizinə yox!” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar”, – deyə xəbərdə bildirilir.
O da qeyd edilir ki, “nümayişdə Ermənistan parlamentinin deputatı Kristina Vardanyan və İranın Güneyi və İsfahan üzrə arxiyepiskopu Sipan Kaşçiyan iştirak edib”.