BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cümhurbaşqanı Ersin Tatar fevralın 25-də Türkiyəyə rəsmi səfər edəcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya KKTC Cümhurbaşqanlığından məlumat verilib.
Bildirilib ki, səfərdə məqsəd Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı başsağlığı vermək, Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
Məlumata əsasən, fevralın 25-də yerli vaxtla saat 11:40-da Ercan Hava Limanından yola düşəcək Ersin Tatar axşam saat 18:00-da Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanla görüşəcək.
KKTC Cümhurbaşqanı elə həmin gün axşam saat 23:00-da vətənə dönəcək.