BAYRAQDAR MEDİA – Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqətə uyğun deyil.
Bu haqda xəbər fevralın 24-də BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olub.
Xəbərdə bildirilib ki, “İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər”.
Əlavə edək ki, məsələylə bağlı Milli Məclisin deputatı Vüqar Bayramlı da açıqlama verərək belə bir addımın düzgün olmayacağına diqqət çəkmişdi.