Press "Enter" to skip to content

YARAT ART-debat layihəsinə başlayır

BAYRAQDAR MEDİAYARAT Müasir İncəsənət Məkanı yeni ART-debat layihəsinə başlayır.

YARAT-ın paylaşdığı məlumatda bildirilib ki, ART-debat, ekspertlər tərəfindən incəsənət gündəminin düşündürücü suallarını müzakirəyə çıxaran və hərtərəfli təhlil edən diskurs layihəsidir.

Xəbərdə deyilir ki, “yüksək qiymət hər zaman keyfiyyət göstəricisi olmur, lakin sənət əsərinin fiziki dəyəri artdıqca, cəmiyyətin ona qarşı maraq və tələbatı çoxalır. Bəzi ekspertlər iddia edirlər ki, kommersiya uğuru rəssamın tanınmasına kömək edir, digər tərəfdən isə rəssam istedadının kommersiya qurbanına çevrilməsi və sənətçinin yalnız gəlir naminə əsərlər yaratmağa vadar etdiyi düşünülür”.

Mövzusu “İncəsənətdə kommersiya: İncəsənət dəyəri və ya dəyərli incəsənət?” olacaq ilk diskursun moderatoru sənətşünas, “Contemporary Baku” şirkətinin təsisçisi və direktoru Qalib Qasımov, debatçılar isə üzrə beynəlxalq dərəcəli ekspert, art-tənqidçi və “Asmart Creative Hub” yaradıcılıq mərkəzinin təsisçisi Əsmər Abdullayeva və Bakı İncəsənət Mərkəzinin baş direktoru, rəssam və incəsənət tədqiqatçısı Rafael Gülməmmədli olacaq.

Qeyd edək ki, fevralın 28-i saat 19:00-da YARAT-da keçiriləcək debat Azərbaycanın incəsənət bazarında mövcud olan tendensiyaların rəssamların formalaşmasına necə təsir göstərməsini və s. mövzuları əhatə edəcək.

Mission News Theme by Compete Themes.