Son yeniləmə: 23 Fevral 2023 15:55
BAYRAQDAR MEDİA – Rusiya hücumlarına məruz qalan Ukraynada orta məktəblərdə dərslər davam edir.
Kiyevdə fəaliyyətini davam etdirən məktəblərdən biri də türkcə təhsil verən Doğu Dilləri Məktəbidir.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, Türkiyənin Kiyevdəki səfiri Yağmur Ahmet Güldere və Kiyev Yunus Emre İnstitutunun rəsmiləri Ukraynada Doğu Dilləri Məktəbində olublar.
Səfirlik tələbələrə türkcə təhsil dəstini hədiyyə edib. Vurğulanıb ki, ibtidai sinifdən bəri türkcə tədris edən və 124 şagirdi olan bu təhsil ocağı öz nüfuzunu görə fərqlənir.