Press "Enter" to skip to content

Tatar gənclər “Ant Etkenmen”i oxuyacaq

Krım bayrağı

BAYRAQDAR MEDİA – Rusiya işğalçı qüvvələrinin işğalı altında olan Krımdan qaçmaq məcburiyyətində qalan Krım tatar gəncləri “Ant Etkenmen”i oxuyacaq.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Qeyd edilib ki, fevralın 23-də Krım Xalq Cümhuriyyəti hökumətinin ilk başçısı, Krım Tatar Milli Konqresinin qurucularından biri, Krım, Litva, Polşa və Belarus müftisi Numan Çelebicihanın şəhadətinin 105-ci ildönümü münasibətilə tədbir keçiriləcək. Həmin tədbirdə Numan Çelebicihanın xatirəsinə Krım Tatar milli himninin “Ant Etkenmen”in dünya miqyasında oxunmasi gerşəkləşdiriləcək.

Məlumata əsasən tədbir Krım Tatar Milli Məclisinin deputatı Gülnarə Bəkirova və “Qoruma və Qayğı” (Genicesk) vətəndaş təşkilatı fəallarının təşəbbüsü ilə gerçəkləşəcək. Rusiya işğalından sonra öz doğma yurdlaırndan didərgin düşən gənclərin ifasında milli hiçn təqdim olunacaq.

Mission News Theme by Compete Themes.