Son yeniləmə: 23 Fevral 2023 13:01
BAYRAQDAR MEDİA – Türkiyədə baş verən dəhşətli zəlzələ Kuzey Kıbrısa da təsisiz ötüşməyib. Bu arada KKTC-də tədbirlərin görülməsinə dair təkliflər səslənir.
Məsələn Demokrat Partiyasının keçmiş sədri Serdar Denktaş deyib ki, zəlzələyə hazırlıqlı olmaq üçün hökuməti təcili tədbirlər görməli və təşəbbüslər etməli olduğuna diqqət çəkdi.
Kibris Postasi xəbər verir ki, sosial media hesabından paylaşım edən S.Denktaş aşağıdakıları qeyd edib: “Mütəxəssislər çox da uzun olmayan müddət ərzində Kıbrısda zəlzələ ehtimalından danışırlar. Biz zəlzələyə davamlı ölkə olduğumuzu sübut etmək üçün tədbirlər görməliyik”.
O, bunun üçün görülməli işləri də qeyd edib. Bildirib ki, hökumət ictimai binaları sürətlə əsaslı yoxlamalı və riskli vəziyyətləri müəyyən etməlidir. Həmçinin, sosial evlərdən başlayaraq ölkə daxilində bütün mənzillər, sonra isə yaşayış yerləri yoxlanılmalıdır. Dövlət bu məqsədlə yarana biləcək maddi ehtiyacı qarşılamağa hazır olmalıdır.
Onun qənaətinə görə, QHT və həmkarlar ittifaqlarının bu işlərdə iştirakı prosesi sürətləndirmək üçün vacibdir.