Press "Enter" to skip to content

Saatlıda “İncə müşahidələr” adlı səyyar qrup sərgisi olacaq

Sərginin afişası

BAYRAQDAR MEDİA – Saatlı şəhər Dövlət Rəsm Qalereyasında martın 1-də Azərbaycanın tanınmış və gənc rəssamları – Dadaş Adna, Rəşad Babayev, Nadir Eminov, Mehrin Əlili, Ramal Kazım, Elturan Məmmədov, Habib Saher, Soltan Soltanlının əsərlərindən ibarət “İncə müşahidələr” adlı səyyar qrup sərgisi təşkil olunacaq.

Bu haqda YARAT-ın paylaşdığı məlumatda deyilir.

Xəbərdə bildirilir ki, “sərgi öz ilham mənbəyini gündəlik həyatın poetikasından götürüb. Əsas ideya rəssamların gözü ilə gündəlik həyata başqa baxış bucağı təqdim etməkdir. Hədsiz informasiya “dumanının” içində yoldan azmaq və vacib məsələlərin izini itirmək mümkündür. Rəssamlar adətən bizim nəzərimizdən qaçırdığımız və diqqət etmədiyimiz mövzuları qabardan hesab olunurlar. Bu mövzular zaman və məkan anlayışları, yaddaş və şəxsiyyət, sadə insan duyğuları və onun hekayələri, mədəniyyət və xalq dəyərləri ola bilər”.

Qeyd edək ki, saat 15:00-da açılışı olacaq sərgi Mədəniyyət Nazirliyi, Sabirabad Regional Mədəniyyət İdarəsi və SDRQ-nın təşkilati dəstəyi ilə həyata keçirilir.

Mission News Theme by Compete Themes.