Son yeniləmə: 23 Fevral 2023 11:17
Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrindən KKTC-yə gələcək tələbələrə aviabiletlər endirimlə satılacaq
BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı sosial media hesabında maraqlı paylaşım edib.
Paylaşımda o, Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrindən KKTC-yə gələcək tələbələrə aviabiletlərin endirimlə satılacağını açıqlayıb.
Erhan Arıklı, “Məlum olduğu kimi, hökumətimiz zəlzələdən zərər çəkmiş 10 şəhərdən ölkəmizdəki universitetlərdə təhsil alan 10 minə yaxın tələbənin təhsillərini davam etdirə bilməsi üçün bir sıra işlər görür” deyə qeyd edib.
Apardıqları danıçıqlar nəticəsində Türk Hava Yollarının (THY) zəlzələdən zərər çəkmiş bölgələrdən KKTC-yə daşınması üçün xüsusi paket hazırladığını qeyd edən E.Arıklı, sözügedən paketin təfərrüatları ilə bağlı aşağıdakııarı vurğulayıb: “THY 23 fevral – 10 mart tarixləri arasında zəlzələdən zərər çəkmiş bölgələrdən KKTC-yə gələcək tələbələr üçün İstanbul, Ankara, Antalya və Adananı nəqliyyat mərkəzləri olaraq təyin edib. Buna uyğun olaraq zəlzələdən zərər çəkmiş tələbələr olduqalrı yerdən Ankara, İstanbul, Antalya və Adanaya pulsuz, ilk 3 mərkəzdən Ercana 881 TL, Adanadan isə 571 TL ödəməklə gələ biləcəklər”.
Erhan Arıklı əlavə edib ki, Pegasus Hava Yolları tərəfindən həyata keçiriləcək oxşar tətbiq üçün şirkət rəsmiləri ilə danışıqlar aparılır.