BAYRAQDAR MEDİA – Akademik Opera və Balet Teatrında müəllifi italyan bəstəkarı Cüzeppe Verdi olan, Misir sərkərdəsi Ramadeslə hökmdar qızı Aidanın sevgi uğrunda apardıqları mübarizəyə həsr olunmuş dörd pərdəli “Aida” operası təqdim olunacaq.
Bu haqda teatrın paylaşdığı xəbərdə deyilir.
Xəbərdə həmçinin bildirilir ki, ”tamaşada Aida obrazını Əməkdar artist Afaq Abbasova, digər əsas rolları Xalq artistləri Əvəz Abdulla, Əkrəm Poladov, Əməkdar artist Səbinə Vahabzadə, solistlər Fatimə Cəfərzadə, Fəhmin Əhmədli, Türkiyənin Samsun Dövlət Opera və Balet Teatrının solisti Tuncay Kurtoğlu və Almaniyanın Manheym Milli Operasının solisti İrakli Kaxidze ifa edəcək”.
Dirijoru Əməkdar artist Əyyub Quliyev olan tamaşa 25 fevral saat 19:00-da tamaşaçılara təqdim olunacaq.