Press "Enter" to skip to content

“26 Fevral 1992-ci il” və “Vaxt çatdı” filmlərinin nümayişi

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – Milli Xalça Muzeyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbirlər çərçivəsində “26 Fevral 1992-ci il” və “Vaxt çatdı” filmləri nümayiş etdirilib.

Bu haqda xəbər fevralın 22-də sözügedən Muzeyin paylaşdığı məlumatda bildirilib.

Xəbərdə deyilir ki, “nümayiş etdirilən hər iki filmin rejissoru Elvin Əhmədoğlu və aktyor Kərəm Hadızadə ekran işləri ilə bağlı izləyicilərə məlumat verib, onların suallarını cavablandırıb”.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri Rusiya hərbçilərinin də yaxından iştirakı ilə Xocalı şəhərində qətliam törədib.

Rəsmi statistikaya görə, bu qətliam nəticəsində 613 nəfər öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər yaralanıb, 1 min 275 nəfər əsir götürülüb.

Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi haqqında bu günədək məlumat yoxdur.

Mission News Theme by Compete Themes.