Son yeniləmə: 22 Fevral 2023 14:53
BAYRAQDAR MEDİA – Krım tatarlarının milli lideri, Ukraynanın millət vəkili Mustafa Krımoğlu və onu müşayiət edən nümayəndə heyəti Türkiyə Cümhurbaşqnının baş müşaviri Yalçın Topçu ilə görüşüb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, M.Krımoğlu Yalçın Topçuya Türkiyədə baş verən zəlzələ ilə bağlı başsağlığı verib. O, əsrin fəlakətində həyatını itirənlərə rəhmət diləyib.
Görüşdə Yalçın Topçu bir ildir müharibə şəraitində olan Ukraynanın Türkiyədə zəlzələdən zərərçəkənlərə verdiyi dəstəyin əhəmiyyətini vurğulayaraq minnətdarlığını bildirib.
M.Krımoğlu Y.Topçuya Krım tatarlarının Ukraynada yerli xalq kimi tanınmasına həsr olunmuş Krım Tatar Tamqalı plaket təqdim edib.
Y.Topçu isə M.Krımoğluna xüsusi hazırlanmış, bozqurd başı olan bıçaq hədiyyə edib.