BAYRAQDAR MEDİA – Rusiya Jurnalistlər İttifaqı (RJİ) üzvü olduğu Beynəlxalq Jurnalistlər Federasiyasının (BJF) üzvlüyündən təcili azad edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 22-də BJF-dən daxil olub.
Xəbərdə deyilir ki, BJF İdarə Heyəti RJİ-nin son bir ildəki davranışları ilə bağlı apardığı araşdırmalar sonucu bu qərara gəlib.
O da bildirilir ki, üzv təşkilatların qurumdan çıxarılması onun Qurultayında gerçəkləşdirilir. Lakin xüsusi hallarda bu məsələyə İH də baxa bilər.
RJİ-nin BJF-dən birdəfəlik və təcili çıxarılmasının səbəbinə gəlincə, sonuncu bildirib ki, bu, Rusiyanın Ukraynanı işğalı fonunda baş verənlərlə bağlıdır.
BJF bildirir ki, qurumun missiyası dünya üzərində media təmsilçiləri arasında həmrəyliyin möhkəmləndirilməsinə xidmət etməkdir. Lakin RJİ bu qlobal təşkilatın prinsiplərinə zidd olaraq Rusiyanın işğal etdiyi torpaqlarda özünün dörd ayrı filialını qurub. BJF üzvü olan qurumlarsa bununla barışa bilməzdi.