Press "Enter" to skip to content

Minnesotadakı qəzetlərdə Xocalı faciəsindən bəhs edilib

Diasporla İş üzrə Dövlət Komitəsi

BAYRAQDAR MEDİA – ABŞ-ın bir sıra nəşrlərində Xocalı faicəsindən bəhs edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, ABŞ-ın “Dakota County Tribune” və “Sun This Week” qəzetlərinin Minnesota ştatının Farminqton və Roseville, Börnsvil və Lakeville şəhərlərini əhatə edən nəşrlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumat dərc edilib.

Məlumata əsasən, “Unudulmaz Xocalı” və “Biz xatırlayırıq!” başlıqları ilə təqdim olunan məlumatda 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı bir gecədə törədilmiş faciəyə diqqət cəlb edilib: “Təcavüzkarın Ermənistan olduğu, 613 azərbaycanlının bir gecədə qətlə yetirildiyi, onların arasında 106 qadının, 63 uşağın, 70 ahıl şəxsin olduğu, 1275 nəfər azərbaycanlının girov götürüldüyü nəzərə çatdırılıb. Burada yerləşdirilən bu sayt vasitəsilə oxuculara Xocalı soyqırımı barədə ətraflı məlumat verilir. Xocalı faciəsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə yerli sakinlərə qəzetlərpaylanılıb və məlumat bu nəşrlərin elektron versiyalarında da yerləşdirilib”.

Qeyd edilib ki, bu təşəbbüs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə həyata keçirilib.

Mission News Theme by Compete Themes.