BAYRAQDAR MEDİA – AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Almaniyanın Ştutqart və Leypsiq şəhərlərində nəşr olunmuş Georg Ebersin “Şəkillər və sözlərdə Misir” (Aegypten in Bild und Wort) kitabı saxlanılır.
MEK-in Xarici dillərdə ədəbiyyat fondunun baş kitabxanaçısı Aybəniz İsmayılova kitabla bağlı BAYRAQDAR MEDİA-ya açıqlamasında bu nəşrin kitabxanadakı qədim və qiymətli kitablardan biri olduğunu bildirdi: “Kitab alman dilindədir. Kitabda Misirin tikililəri, ehramları, tarixi, adət-ənənələri, mədəniyyəti, tanınmış adamları, həmçinin rəssamlarının müxtəlif əsərlərindən bəhs edilir. Onu da deyim ki, kitabın kənar hissələri qızıl suyuna çəkilib. Həm də kitabxanadakı qədim və dəyərli nəşrlərdəndir”.
Qeyd edək ki, iki cildli kitabın bir cildi kitabxananın Xarici dillərdə ədəbiyyat fondunda, digər cildi isə Nadir və qiymətli nəşrlər fondunda qorunur.