Son yeniləmə: 22 Fevral 2023 16:57
Ukrayna Krımdakı yaşayış məntəqələrinə tarixi adların bərpası üçün tədbirlər görür
BAYRAQDAR MEDİA – Ukraynada Krımla bağlı daha bir tarixi addım atılıb.
Kırım Haber Ajansının məlumatında deyilir ki, Ukrayna parlamentinin komitəsi Ukrayna Nazirlər Kabinetinə Krım yarımadasındakı yaşayış məntəqələrinə tarixi adların qaytarılması ilə bağlı təkliflər hazırlayıb təqdim etmək səlahiyyətinin verilməsini təklif edən qanun layihəsini müzakirə edib. Artıq parlament qanun layihəsini qəbul edib.
Məlumata əsasən, qanun layihəsini deputatlar Vitali Bezgin və Roman Lozinski hazırlayıb: “Həmin qanun layihəsinə əsasən, Ukrayna Nazirlər Kabineti yerli xalqların nümayəndələri ilə məsləhətləşmələrdən sonra onların tarixi adlarının qaytarılması ilə bağlı təkliflər hazırlayıb parlamentə səsverməyə təqdim edə biləcək”. Məhz bu kontekstdə Krımdakı yaşayış məntəqələri də Rus imperiyası və kommunist rejimi dövründə qoyulan qondarma adlardan xilas olacaq.