Press "Enter" to skip to content

Film istehsalçıları və kinoteatr şəbəkələri təmsilçiləri ilə görüş

Görüş zamanı

Son yeniləmə: 22 Fevral 2023 15:25

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə sahibkarlarla dialoq formatında görüşlərin keçirilməsi davam edir. Belə görüşlərdə məqsəd vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı sahəsində qarşılaşdıqları çətinliklərin öyrənilməsi və aradan qaldırılmasıdır.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, növbəti belə görüş Dövlət Vergi Xidmətinin Vergi siyasəti Baş İdarəsi,Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının birgə təşkilatçılığı ilə ölkəmizdə kinofilm istehsalı, dublyaj və animasiya sahəsində fəaliyyət göstərən əsas istehsalçılar və kinoteatrlar şəbəkələri ilə onlayn formatda keçirilib: “Görüş dövlət başçısının 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan irəli gələrək mədəniyyət sahəsi üzrə inkişafın stimullaşdırılması, investisiya və kapital qoyuluşu həcminin artırılması üçün verilə biləcək vergi təşviqlərinin dairəsinin müəyyənləşdirilməsi məqsədilə təşkil edilib”.

Görüşdə mövcud sahə üzrə müzakirələr aparılıb. Sonda dövlət – biznes əməkdaşlığının inkişaf etdirilməsi və vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı sahibkarların rəy və təkliflərinin öyrənilməsi istiqamətində görüşlərin davam etdiriləcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Mission News Theme by Compete Themes.