Press "Enter" to skip to content

Ersin Tatar: Adımız Kıbrıs Türk Cümhuriyyəti olmalıdır

Ersin Tatar

Son yeniləmə: 22 Fevral 2023 15:31

BAYRAQDAR MEDİA – “Adımız Kıbrıs Türk Cümhuriyyəti olmalıdır”.

Star Kibris xəbər verir ki, bunu Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Cümhurbaşqanı Ersin Tatar deyib.

KKTC-nin “Kıbrıs Türk Cümhuriyyəti” adlandırılması ilə bağlı təklifləri dəyərlədnirən Cümhurbaçqanı Ersin Tatar, “Güneydəki dövlətin adı Kıbrıs Cümhuriyyətidir. Onlar heç vaxt özlərini “güney dövləti” deməyiblər. Bərabərlik üçün Kıbrıs Türk Cümhuriyyəti olmalıyıq” deyib.

E.Tatar əlavə edib ki, bu işin diplomatları və bu işi ən yaxşı şəkildə qiymətləndirəcək şəxslər də “ Kıbrıs Türk Cümhuriyyəti’ təklifini dəstəkləyirlər: “Bu işin nə güneyi, nə quzeyi qalmadı. Bu, adın dəyişdirilməsi, konstitusiya dəyişikliyi və ictimai dəstək tələb edir”.

Mission News Theme by Compete Themes.