Son yeniləmə: 22 Fevral 2023 15:31
BAYRAQDAR MEDİA – Denizlidən yola düşən səyyar təmir avtomobili zəlzələ bölgəsində nəqliyyat vasitələrinin və inşaat maşınlarının texniki xidmət və təmir ehtiyaclarının ödənilməsinə töhfə verir.
Bu barədə Deda Haber məlumat yayıb.
Bildirilib ki, fevralın 6-da baş verən zəlzələdən sonra sürətlə hərəkətə keçən qurumlardan biri olan Denizli Meşə Region Müdirliyi olub. Qurmu bölgəyə xilasetmə qrupları ilə yanaşı səyyar təmir vasitəsi göndərib.
Günlərdir fasiləsiz olaraq tarlada işləyən səyyar təmir maşını ehtiyac yaranarkən zəlzələdən zərər çəkmiş avtomobil və mexanizmlərə texniki qulluq və təmir işlərini davam etdirir.