Press "Enter" to skip to content

Daha 2 qazi Vətənə qayıdıb

Müalicələrini tamamlayaraq Vətənə qayıdan qazilər

Son yeniləmə: 22 Fevral 2023 13:32

BAYRAQDAR MEDİA – Ağır yaralanan iki qazi – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar. Onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib: “Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilir”.

Mission News Theme by Compete Themes.