BAYRAQDAR MEDİA – 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı AMEA-nın Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya fevralın 22-də MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “sərgidə kitabxananın fondlarında yer alan dilçi alimlərimizin müəllifi olduqları dəyərli nəşrlər nümayiş etdirilir. Nəşrlər sırasında Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi Ağamusa Axundovun “Dil və ədəbiyyat”, “Dilin estetikası”, “Ümumi dilçilik”, “Azərbaycan dilçiliyi: Sələflər və xələflər”, maarifçi-publisist İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, işdə birlik” əsərləri, 4 cilddə “Azərbaycan dilçiliyi müntəxəbatı”, 3 cilddə “Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi”, ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş “Müasir Azərbaycan dili” (Əlövsət Abdullayev, Yusif Seyidov, Ağamalı Həsənov) dərsliyi, “Azərbaycan dilinin Dərbənd dialekti”, “Azərbaycan dilinin antonimlər lüğəti”, “Azərbaycan dilçiliyində Afad Qurbanov zirvəsi” və s. kimi kitablar yer alır”.
Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.