BAYARQDAR MEDİA – Heydər Əliyev Mərkəzində akademik, Xalq rəssamı, heykəltəraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim olunub.
Bu barədə Rəssamlıq Akademiyasının paylaşdığı xəbərdə deyilir.
Xəbərdə daha sonra bildirilib ki, “təqdimat mərasimində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Elm və Təhsil naziri Emin Əmrullayev, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, Mədəniyyət naziri vəzifəsini müvəqqəti icra edən Adil Kərimli iştirak edib”.