Press "Enter" to skip to content

Meliorativ tədbirlər davam edir

Su

Son yeniləmə: 22 Fevral 2023 16:25

BAYARQDAR MEDİA – Ölkənin hər yerində olduğu kimi Ağdaşda da meliorativ tədbirlər davam edir.

Bunu BAYRAQDAR MEDİA-ya Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun Ağdaş Suvarma Sistemləri İdarəsi 36 min 500 hektara yaxın əkin sahələrinin suvarılmasına xidmət edir: “Ağdaş Suvarma Sistemləri İdarəsi 2022-ci ildə 15 min 376 ha sahədə dənli bitkilərin suvarılmasında 3 dəfə, 8 min 563 hektar yem bitkiləri sahəsində 6 dəfə, 1288 hektar bostan-tərəvəz sahəsində 5,7 dəfə, 6 min 35 hektar çoxillik bitkilər sahəsində 5,4 dəfə, 4 min 450 hektar həyətyanı sahələrdə 6,6 dəfə, 681 hektar çəltik bitkiləri sahəsində 4 dəfə, 252 hektar biyan bitkiləri sahəsində 4 dəfə vegetasiya suvarılması aparıb”.

Qeyd edilib ki, idarə ötən il olduğu kimi bu ildə yeni suvarma mövsümü üçün hazırlıq işlərini bir neçə istiqamətdə davam etdirir: “Rayonun ən qədim kəndlərindən olan Qaradeyin kəndində yay aylarında suvarmada olan çətinliklər artıq aradan qaldırılıb”.

Mission News Theme by Compete Themes.