Press "Enter" to skip to content

18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

BAYARQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 2 min 724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, qeyd olunan dövrdə Agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 14 min 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib.

Mission News Theme by Compete Themes.