Son yeniləmə: 22 Fevral 2023 12:29
BAYARQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar ayında 18 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Onlardan 2 min 724 nəfəri münasib işlərlə təmin edilib, 337 şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 22-də nazirlikdən məlumat verilib.
Bildirilib ki, qeyd olunan dövrdə Agentlik tərəfindən 323 işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 14 min 600-dək şəxsə isə peşəyönümü xidmətləri göstərilib.