Son yeniləmə: 20 Fevral 2023 13:55
Zeynel Abidin Kıymaz: Təkcə Adıyamanda 15 media təmsilçisi fevralın 6-da baş verən təbii fəlakətin qurbanı olub
BAYRAQDAR MEDİA – “Acımız çox böyükdür. Əsrin fəlakəti adlandırılan təbii fəlakət şəhər və rayonlarımıza ciddi ziyan vurdu. Çoxsaylı insan tələfatına və dağıntılara səbəb olan zəlzələnin nəticələrinin aradan qaldırılması üçün birlik və bərabərlik halında çalışacağıq”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin GAP Gazeteciler Birliğinin genel başqanı Zeynel Abidin Kıymaz deyib.
Onun sözlərinə görə, dəhşətli zəlzələnin qurbanları arasında media təmsilçiləri, jurnalistlər də var: “Nə qədər acı olsa da deməliyəm ki, zəlzələ bizim sıralarımızdan da qurbanlar aldı. Təkcə Adıyamanda 15 media təmsilçisi zəlzələnin qurbanı olub. Ümumilikdə isə 30 media təmsilçisi təbii fəlakət nəticəsində həyatını itirib. Adıyaman bu zəlzələ nəticəsində daha çox dağıntılara və insan itkisinə məruz qaldığı kimi, media təmsilçiləri arasında həyatını itirənlər arasında adıyamanlılar çoxluq təşkil edir. Mən bir daha dəhşətli faciə nəticəsində həlak olanlara, o cümlədən həyatını itirən media təmsilçilərinə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm”.