Press "Enter" to skip to content

“Ulduzlar” ədəbi məclisi yenə də maraqlı keçdi – FOTOLAR

Tədbirdən görüntü

Son yeniləmə: 20 Fevral 2023 09:39

BAYRAQDAR MEDİA – Fevralın 19-da Xaçmaz Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin oxu zalında ”Ulduzlar” ədəbi məclisinin növbəti məşğələsi keçirildi.

Məclisin sədri Fərzalı Ziyanurun açılış çıxışında fevralın 6-da qardaş Türkiyənin Hatay, Kilis, Gaziantep, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbakır, Adana, Kahramanmaraş bölgələrində baş vermiş zəlzələ nəticəsində törənən dağıntılar və çoxsaylı insan tələfatı haqqında məlumat verdi. Dağıntılar altında həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra həmişə olduğu kimi söz şairlərə verildi.

Sabir Nemət “Yanındadır Azərbaycan”, “Adamlar” şeirlərini təqdim etdi.

Emfira Ərkli “Qarabağ” povestindən bir parça və “O gözlərdən nur tökülsün” şeirini oxudu.

Pənah Elqəm “Hədəfəm”, Böyükağa Ağa “İzlərim qalır”, “Mən sonuncu Məcnunam”, Azərbaycan Yazıçılar Birliyinin üzvü Səyyad Sərraf “Olsun”, “Görmüşəm”, Mövlud Ağamməd “Qəzəl”, “Yarı bir” şeirlərini oxudular.

Məclisdə ilk dəfə iştirak edən gənc yazar Əfsanə Zaman “Bətnindəki səs” və “Təlatüm” əsərlərindən qısa parçaları təqdim etdi.

Əməkdar jurnalist Azər Həsrət poeziya nümunələri haqqında öz düşüncələrini paylaşdı.

Tədqiqatçı jurnalist, bu sətirlərin müəllifi Füzuli Barat oxunulan şeir və hekayələrə rəy verdi, şair və yazarlara yeni yaradıcılıq uğurları arzuladı.

Ədəbi məclisin dinləyicisi Fərman Əliyev tədbirdən zövq aldığını bildirdi.

Qeyd: Fotolar Füzuli Barata aiddir.

Mission News Theme by Compete Themes.