Press "Enter" to skip to content

Repatriantlara və ailə üzvlərinə sosial-psixoloji reabilitasiya xidmətləri

Son yeniləmə: 20 Fevral 2023 10:43

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi hazırda 57 repatrianta və ailə üzvlərinə evlərində sosial-psixoloji reabilitasiya xidmətlərini davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 20-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, Agentliyin sosial işçi və psixoloqlardan ibarət mütəxəssis qrupları repatriantların ailələrinə səfər edərək onların və ailə üzvlərinin reabilitasiyasını həyata keçirir.

Ümumilikdə isə İraq və Suriyadan ölkəmizə repatriasiya olunmuş 400-dən çox şəxs Sosial Xidmətlər Agentliyi tərəfindən hər biri üzrə reabilitasiya planı hazırlanmaqla sosial reabilitasiya və re-inteqrasiya xidmətləri ilə təmin edilib.

Mission News Theme by Compete Themes.