BAYRADAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avstriyanın “Josef Manner & Comp AG” şirkətinin İdarə Heyətinin üzvü Hans Peter Andres ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya fevralın 20-də KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Agentliyin KOB-lara dəstək və xidmətləri barədə məlumat verilib, şirkətin yerli istehsalçılarla əlaqələndirilməsinə və birgə əməkdaşlığa KOBİA-nın göstərə biləcəyi dəstək müzakirə edilib.