Press "Enter" to skip to content

KKTC 5 yeni diplomatik nümayəndəlik açmaq üçün hərəkətə keçib

Son yeniləmə: 20 Fevral 2023 15:48

BAYRAQDAR MEDİAKuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) ümumilikdə 18 ölkədə 26-sı olan diplomatic nümayəndəlik sayını 31-ə qaldırmaq üçün fəaliyyətə keçib.

Bu barədə Kibris Postasi məlumat yayıb.

Məlumatda deyilir ki, bu təşəbbüs üçün Türkiyə Xarici İşlər Nazirliyi ilə koordinasiyada çalışan KKTC rəsmiləri Avstriya, Latviya, Malayziya, Hollandiya və Polşada nümayəndəliklər açmaq istəyirlər. Ötən ay parlament komissiyasında çıxış edən Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Sərim sözügedən diplomatik təşəbbüslər barədə komissiya üzvlərini məlumatlandırıb.

Digər tərəfdən, 2008-ci ildən bağlanan Təl-Əviv nümayəndəliyinin yenidən açılması üçün diplomatik cəhdlər edilir. 2010-cu il Mavi Mərmərə hadisəsindən sonra pozulan Türkiyə-İsrail əlaqələrinin son 1 ildə yenidən yaxşılaşdığı, KKTC səlahiyyətlilərinin bu mövzuda hərəkətə keçdiyi və müsbət irəliləyişlərin olduğu öyrənilib.

Mission News Theme by Compete Themes.