Press "Enter" to skip to content

İran süqutun üç mərhələsini keçib, dördüncünün astanasındadır

İran çökür

BAYRAQDAR MEDİA – İqtisadçı və universitet professoru Mohsen Renani bir məqaləsində yazır ki, İslam Respublikası “yıxılma fenomeni”nin “ilk üç mərhələsini” keçib. Sonuncu mərhələnin reallaşmasına “müqavimət, zorakılıq və cəmiyyətdə qorxu havası yaratmaq” ilə nə dərəcədə mane ola biləcəyi isə bəlli deyil.

Bu sözlər Araz News-un Telegram kanalında yayılan xəbərdəndir.

Xəbərdə daha sonra qeyd edilir ki,

-Mohsen Renani yazıb: hər hansı bir sosial sistemin dağılmasının iki aspekti və dörd mərhələsi var ki bunlar ardıcıl və növbə ilə baş verər;

-Birinci aspekti iki mərhələdən ibarət olan subyektiv süqutdur: səmərəliliyin süqutu və səriştənin süqutu;

-İkinci aspekti obyektiv süqutdur ki, bu da iki mərhələni əhatə edir: simvolların süqutu və strukturların yıxılması.

Mohsen Renani vurğulayıb ki, “indi mən İslam Respublikasının süqutun ilk üç mərhələsini keçdiyinə və dördüncü mərhələnin astanasında dayandığına inanıram”.

Mission News Theme by Compete Themes.