Press "Enter" to skip to content

Bakir İzzetbegoviç Recep Tayyip Erdoğanla danışıb

Bakir İzzetbegoviç və Recep Tayyip Erdoğan

Son yeniləmə: 20 Fevral 2023 15:10

BAYRAQDAR MEDİABosniya və Herseqovinanın ən böyük Bosniyalı partiyası olan Demokratik Hərəkət Partiyasının (SDA) sədri Bakir İzzetbegoviçlə Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan arasında telefon danışığı olub.

Bu barədə Balkan News məlumat yayıb.

Bildirilib ki, bu barədə B.İzzetbegoviç sosial media hesabından paylaşım edib.

Telefon danışığında Türkiyədə baş verən dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verilob. Bildirilib ki, R.T.Erdoğan Bosniya və Herseqovinadan olan axtarış-xilasetmə qruplarına sağ qalanların dağıntılar altından çıxarılmasında göstərdikləri gərgin səylərə və Bosniya və Herseqovina xalqına zəlzələdən zərərçəkənlərə kömək üçün səfərbər olduqlarına görə təşəkkür edib.

Mission News Theme by Compete Themes.