Press "Enter" to skip to content

Əliağa Kürçaylının 95 illiyi münasibətilə sərgi

Əlağa Kürçaylının kitabları

BAYRAQDAR MEDİA – Fevralın 20-si XX əsr Azərbaycan poeziyasında özünəməxsus yeri olan Əliağa Kürçaylının doğum günüdür. Məşhur şairin 95 illiyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında sərgi təşkil olunub.

Bu haqda xəbər fevralın 20-də BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə bildirilib ki, “sərgidə Əliağa Kürçaylının seçmə şeirlərinin daxil olduğu “Bütövlük”, “Seçilmiş əsərləri”, “Durnalar cənuba uçur”, “Yollarda axtar məni”, “Qəlbin sıxılsa əgər…”, “Dünya ovcumdadır” və digər kitabları təqdim olunub. Toplanmış əsərlərdə şairin zəngin daxili aləmi, sərhədsiz fikir-hiss dünyası, müasir insanın əməyi, duyğu və düşüncələri, kommunizm quruculuğunda fəal iştirak edən sovet adamının yüksək mənəvi keyfiyyətləri poetik dildə tərənnüm olunur”.

Xatırladaq ki, Əliağa Kürçaylı 1928-ci il fevral ayının 20-də Salyan rayonunun Kürqaraqaşlı kəndində doğulub. Yaşadığı 52 il ərzində çox məhsuldar işləyib, şeirə, sənətə ciddi münasibət bəsləyərək məhz poetik nümunələrə, əsl ədəbi əsərlərə imza atıb.

Mission News Theme by Compete Themes.