BAYRAQDAR MEDİA – Ulu Öndər Heydər Əliyevin 1992-ci ildə Naxçıvan Muxtar Respublikasının əhalisinə müraciətini əks etdirən video yayımlanıb.
Özlüyündə tarixi fakt olan videoda Ermənistanın Naxçıvana xain hücumu və insanların həlak olması, yaralanması, itkin düşməsinə diqqət çəkilir. Eyni zamanda Türkiyə dövlətinin Kars müqaviləsinə görə Naxçıvan üzərindəki məsuliyyəti xatırladılır.
Amma ən maraqlısı odur ki, H.Əliyev 50-dən çox ölkənin Ermənistanın Naxçıvana hücumunu qınadığını diqqətə çatdırır və ardınca da qeyd edir ki, qonşuluqdakı İran hadisələr 5 gündür davam etdiyi halda hələ də münasibət bildirməyə tələsməyib.
Daha bir maraqlı fakt isə odur ki, H.Əliyev qardaş Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəllə danışır və yaralıların Türkiyədə müalicə alacağını vurğulayır.
Qısa, amma yetərincə zəngin bir videodur. Baxmağa, baxdırmağa dəyər.