BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanlığı ictimai rəyi çaşdırmaq üçün ortaya atılmış fikirləri yalanlayan açıqlama yayıb. Cümhurbaşqanlığı İletişim Başqanlığı Dezenformasyonla Mücadele Merkezinin fevralın 17-də yaydığı açıqlamada bildirilir ki, zəlzələ bölgəsində Suriyalılara üstünlük tanınması haqqında deyilənlər əsassızdır.
“AFAD-ın bilgilərinə görə, nazirliklər, ilgili qurumlar və quruluşlar ilə uluslararası ölkə quruluşları tərəfindən fəlakət bölgəsinə 386 min 874 çadır göndərilmiş olub bunların 172 min 265-i qurulmuşdur. Bölgəyə 3 milyon 282 min 725 ədəd yorğan göndərilmişdir. Din İşləri Başqanlığı tərəfindən 78 min 500 şəxsə müvəqqəti daldalanma xidməti, 79 min 720 daldalanma əşyası verilmişdir”, – deyə xəbərdə bildirilir.
Daha sonra qeyd edilir ki, “bəslənmə xidməti ilə bərabər Qızılay, AFAD, Milli Müdafiə Nazirliyi, Jandarma və vətəndaş cəmiyyəti qurumlarından bölgəyə toplam olaraq 354 mobil mətbəx, 86 ikram aracı, 38 mobil fırın və 330 xidmət aracı göndərilmişdir”.
O da bildirilir ki, “bölgədəki yardımlar mövzusunda kimsəyə öncəlik tanınmamaqda, zəlzələdən etkilənən bütün zərərçəkənlərə yardım çatdırma fəaliyyətləri davam etməkdədir. “Fəlakət bölgəsində yardım paylamada Suriyalılara öncəlik verilir” iddiası gerçək dişidir”.
📌Bölgedeki yardımlar konusunda kimseye öncelik tanınmamakta, depremden etkilenen tüm afetzedelere yardım ulaştırma faaliyetleri devam etmektedir. pic.twitter.com/cAx3KqjxIA
— Dezenformasyonla Mücadele Merkezi (@dmmiletisim) February 17, 2023
Əlavə edək ki, eyni gündə Türkiyədki Zəfər Partiyasının başqanı Ümit Özdağ özünün sosial media hesabında bir vətəndaşın həyəcanlı açıqlamasını yayaraq Suriyalılara öncəlik tanındığını irəli sürüb.
Deprem bölgesinde vatandaş yardım dağıtımında Suriyelilere öncelik verildiği veya Suriyelilerin güç kullanarak Türkleri geriye itip yardımları aldığını söylüyor. Konuşan yurttaşımız Türklerin kendilerini ülkelerinde 2. Sınıf vatandaş hissettiklerini ifade ediyor. pic.twitter.com/ZLStS3JOW4
— Ümit Özdağ (@umitozdag) February 17, 2023
Əlbəttə, hansısa vətəndaşın hansısa səbəbdən belə söyləməsi mümkündür. Amma unutmamalı ki, belə çətin anlarda bir ölkədə ictimai rəyi çaşdıracaq paylaşımlar etmək heç də yerinə düşmür. Milyonlarla zərərçəkənin olduğu bir bölgədə əlbəttə ki, hər cür zərərli ünsürə rast gəlmək mümkündür. Əsas olan dövlətin məsələlərə münasibətidir ki, onu də sözügedən Mərkəz yetərincə aydın dildə izah edib.