Son yeniləmə: 17 Fevral 2023 12:55
BAYRAQDAR MEDİA – Kahramanmaraşda baş verən iki güclü zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub. Artıq bütün Türkiyə, o cümləədn dünya zəlzələ qurbanlarına yardım üçün addımlar atır.
Bu sırada Denilzi də fəallıq göstərir. Denizli Böyükşəhər Bələdiyyəsi ilə yanaşı, vətəndaşlar, ayrı-ayrı iş adamları dəstək üçün səfərbər olunublar.
Öz növbəsində Dənizli Elteksmak firması zəlzələ qurbanlarının ən böyük problemlərindən biri olan istilik probleminin həlli üçün hərəkətə keçib.
Denizli Haber xəbər verir ki, tekstil maşınları istehsal edən firmanın fabriki zəlzələdən həmən sonra çadır sobaları istehsal etməyə başlayıb. Artıq ilk mərhələdə hazırlanan üç yüz soba fəlakət bölgəsinə göndərilib.
Məlumat görə, sobaları zəlzələ bölgəsinə Elteksmak İdarə heyətinin üzvü və Texniki koordinator Ekrem Poslu və qrupu şəxsən APARIB. Ekrem Poslu Egeyön TV-yə müsahibəsində, “Elteksmak-da soba istehsalı üçün infrastrukturumuz var. Zəlzəldən sonra qısa vaxt ərzində 300 soba hazırladıq. Bu təxminən yarım yük maşını idi.Yük maşını boş qalmasın deyə dostlarıma zəng edib kömür və odun yardımı istədim. 20 ton kömür gəldi. 1 yük maşını doldurmağa çalışarkən, 2 yük maşını yardım toplandı” deyib.
O, qeyd edib ki, artıq zəlzələnin 4-cü günü sobaları fəlakət bölgəsinə çatdırıblar: “Sobaları AFAD-a təhvil verdik. Ərazidə havaların soyuq keçməsi böyük problemdir. Gündüz -6, gecə -18 dərəcə şaxta var idi. İnsanları ən çox narahat edən məsələlərdən biri istilikdir. Düşünürük ki, bu sobalar istilik problemi üçün faydalı olacaq”.