Press "Enter" to skip to content

İranlı Nobel laureatının ermənilərlə birləşməsi etiraz doğurdu

Məcid Cavadi

Son yeniləmə: 17 Fevral 2023 15:27

Məcid Cavadi: Şirin Ebadinin Azərbaycan əleyhinə olan “çağırışa” dəstək verməsi Güney Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb

BAYRAQDAR MEDİA – “Şirin Ebadinin bölücü kriminal Ruben Vardanyanın “Qlobal humanitar liderlər Dağlıq Qarabağda humanitar fəlakəti dayandırmaq üçün təcili hərəkətə çağırır” adlı “sənədini” imzalaması ilk növbədə bir həqiqəti növbəti dəfə ortaya qoyur. Bu da fars toplumunun Azərbaycan reallığından nə qədər uzaq olduğu, daha da dəqiq desək, Azərbaycana qarşı olduğu həqiqətidir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Nobel laureatı Şirin Ebadi və Ruben Vardanyan ortaqlığı

Xatırladaq ki, bir neçə gün öncə bölücü kriminal Ruben Vardanyan “Qlobal humanitar liderlər Dağlıq Qarabağda humanitar fəlakəti dayandırmaq üçün təcili hərəkətə çağırır” adlı paylaşım etmişdi. Bu “çağırışın” altına imza edənlərdən biri də iranlı Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi idi. Azərbaycanı hədəfə alan, Azərbaycana qarşı böhtan, yalan və iftiralarla zəngin olan bu “çağırış”ın altına imza qoyanlar arasında Ş.Ebadinin də olması o taylı, bu taylı Azərbaycanlılar arasında haqlı narazılıqla qarşılanıb.

Məsələyə münasibət bildirən M.Cavadi deyib ki, əslində, Ş.Ebadinin bu qondarma “çağırışın” altına imza atması təəccüblü görünməməlidir: “Çünki yuxarıda da qeyd etdiyimiz kimi, fars toplumu əsasən Azərbaycana qarşı yanaşması ilə fərqlənir. Ş.Ebadi də farsların, yaxud da İranın ən tanınmış insan haqları müdafiəçilərindən biridir. Yəni onun Nobel Sülh Mükafatı alması Azərbaycana fars təfəkkürü ilə yanaşmasını dəyişmir. Elə ona görə də Ş.Ebadi gözünü qırpmadan belə Qarabağın erməni bölücülərinin istəyinə uyğun hazırlanmış bu “çağırışı” rahatlıqla, hətta deyərdim ki, məmnunluqla imzalayıb. Çünki o, məsələyə erməni, həm də fars prizmasından baxır”.

Müsahibimiz daha sonra, “yəni bu, fars toplumunun, fars ictmaiyyətinin nə qədər Azərbaycana qarşı olduğunu göstərir və nə qədər ermənipərəst olmasının nəticəsidir. Amma o, həqiqətən də məsələyə insan haqları prizmasından yanaşsaydı, o zaman fars şovinistlərinin mətbuatda və sosial mediada Azərbaycan əleyhinə apardıqları təbliğatın girovuna düşməyərək, məsələni dərinliyi ilə araşdıraraq, sonra mövqe nümayiş etdirməli idi. Əgər bunu etmirsə, deməli o da artıq bütün məsələlərə, daha doğrusu Azərbaycana yanaşmada sırf farsçılıq, həmçinin ermənipərəstlik prizmasından yanaşmaqda maraqlıdır” deyib.

M.Cavadi qeyd edib ki, Ş.Ebadinin Azərbaycan əleyhinə olan bu “çağırışa” dəstək verməsi Güney Azərbaycan ictimaiyyəti tərəfindən ciddi etirazla qarşılanıb.

Mission News Theme by Compete Themes.