BAYRAQDAR MEDİA – YARAT Müasir İncəsənət Mərkəzinin Kommünike layihəsinin növbəti videotəqdimatında rəssam Setenay Alpsoyun əsərləri yer alıb.
YARAT-ın sosial media hesabında paylaşılan videoda bələdçi Fatimə Yusifova rəssamın “Gayrettepe – son dayanacaq”, “Hamımız eyni istiqamətə baxırıq”, “Şəffaf şəhərdə üzən”, “Fərqli işıq altında” və “Klaster” əsərləri haqqında məlumat verib. Sözügedən əsərlər hazırda YARAT-da “Multiperspektivdə” qrup sərgisində nümayiş olunur.
Məlumatda daha sonra qeyd edilib ki, “2000-ci illərdən bəri şəhər mənzərəsi ilə bağlı əsərlər və tarixçə yaradan Setenay Alpsoy İstanbulun dəyişən quruluşunu təsvir edir. Rəsmlərdə şəhər elementləri fiziki varlığı ilə yer aldığı halda, rəsmləri onun müxtəlif perspektivlər kontekstində şəhər həyatında fasiləsiz axtarışda olduğunu və həyatı daim müşahidə etdiyini göstərir”.
Qeyd edək ki, rəssam, müşahidəçi qismində yaratdığı əsərlərində şəhər peyzajı adlandırdığı guşələri əks etdirir.