Press "Enter" to skip to content

Qarabağ ətrafında geniş söhbət etdik – AUDİO

Maraqlı söhbət oldu

Son yeniləmə: 17 Fevral 2023 10:03

BAYRAQDAR MEDİA – Twitter-də fəalam. Təbii ki, hər cür adamla fikir mübadiləsi edirik, mübahisələr də olur. Amma heç vaxt kimsəni təhqir etmirəm, yaxud da nəzakətsizlik göstərmirəm. Ona görə də 2009-cu ildə qoşulduğum Twitter bir dəfə də olsun məni bloklamayıb.

Bu söhbətimiz də o səbəbdən oldu. Daha doğrusu, erməni təbliğatçılarla fikirlərimiz çəp gəlmişdi, onlara dəstək olanlar da hərəkətə keçmişdi. O baxımdan Coach T adı altında bir xanımın da söhbətimizə qoşulub yetərincə mədəni şəkildə fikir bildirməsi diqqətimi çəkdi. Bir neçə dəqiqə sonra o, “siz mənə müsahibə verərsinizmi” deyə soruşanda, “əlbəttə, heç bir problem yoxdur” cavabını verdim.

Vədələşdik, növbəti günün axşamı – Bakı vaxtıyla saat 22.00 üçün Twitter üzərindən canlı yayıma çıxmağa razılaşdıq.

İstəyim üzərinə xanım özü haqqında qısa bilgi də göndərdi. Yarım-ştat jurnalist işlədiyini, ABŞ vətəndaşı kimi bu ölkədə yaşadığını, amma əslən Bolqarıstandan olduğunu bildirdi. Eyni zamanda qeyd etdi ki, ABŞ vətəndaşı olan bir erməni ilə evlidir. Əsas məqsədinin də Azərbaycanla Ermənistan arasındakı münaqişəni daha yaxşı anlamaq olduğunu dedi.

Beləliklə, vədələşdiyimiz vaxtda Teodora Choolfaian adlı jurnalistlə geniş söhbət etdik. Texniki problemlər üzündən söhbətin ilk 5 dəqiqəsində bir-birimizi eşidə bilmədik. Amma ardından onu da həll edib söhbətə başladıq.

Azərbaycan tarixi, ermənilərin Qafqaza köçürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti, Sovet dövrü, ermənilərlə münasibətlər, Azərbaycanın hazırda erməni əhali ilə bağlı siyasəti, Laçın yolundakı etiraz aksiyası, Ruben Vardanyanın bölgəyə dəxlinin olmaması və bir çox bənzər məsələlər ətrafında geniş söhbət etdik.

Sonda hər ikimiz o qərara gəldik ki, belə söhbətlər ümumi işin xeyrinədir.

https://twitter.com/parentspushback/status/1626281034932187139?s=20

Mission News Theme by Compete Themes.