BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 17-də Almaniyanın Münxen şəhərinə gəlib. O, burada görüş keçirib, dəyirmi masa müzakirələrinə qatılıb.
Prezidentin Mətbuat xidməti xəbər verir ki, ölkə başçısı burada növbəti görüşü Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel ilə keçirib.
Prezident daha bir görüşü isə Avropa Ravvinlər Konfransının prezidenti Pinhas Qoldşmit ilə olub.
Prezidentin Mətbuat xidməti görüşlərin ayrıntıları haqqında bilgi verməyib.