Son yeniləmə: 17 Fevral 2023 10:01
BAYRAQDAR MEDİA – Fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ həyatın bütün sahələrinə təsir edib. O cümlədən, ali məktəblərdə dərslərin onlayn formatda keçirilməsinə dair ilkin qərar qəbul edilib.
Öz növbəsində Kuzey Kıbrıs Türk Cümhuriyyətində də bu məsələnin gündəmə gələcəyinə dair xəbərlər yayılıb. Lain Baş nazir Ünal Üstel bunun gündəmdə olmadığını deyib.
Kibris Türk xəbr verir ki, baş nazir belə bir məsələnin hökumət tərəfindən müzakirə edilmədiyini bildirib.
Baş nazir, “Hökumətimiz zəlzələ bölgələrində yaşayan və KKTC universitetlərində təhsil alan tələbələrimizin yaşadıqları çətinlikləri aradan qaldırmaq üçün Milli Təhsil Nazirliyimizə universitetlərlə lazımi məsləhətləşmələr aparmaq səlahiyyəti verib” deyib.