Press "Enter" to skip to content

İbrahim Rəisinin Çinə səfəri – tülkünün həccə getməsi

İbrahim Rəisi Çin səfərində

BAYRAQDAR MEDİA – İran Prezidenti İbrahim Rəisi Pekində məsciddə namaz qılaraq dua edib. Lakin onun uyğurların qətliamına səssiz qalması heç bir iddialı müsəlman ölkə başçısına yaraşmayan mövqe idi.

Bu fikirlər Azad İran Telegram kanalının fevralın 17-də yaydığı xəbərdəndir.

Xəbərdə deyilir ki, İ.Rəisinin uyğurların vəziyyəti ilə bağlı sükutu İranın bir çox tanınmış və vaxtilə vəzifədə olmuş şəxslərinin də tənqidlərinə səbəb olub.

O cümlədən, İran parlamentinin keçmiş deputatı, hüquqşünas və siyasətçi Mahmud Sadeqi özünün Twitter səhifəsində bu haqda fikirlərini paylaşıb: “Kimin ağlına gələrdi ki, bir gün müsəlman balaları bu həddə çatacaq və məqsədlərinə çatmaq üçün istənilən vasitəyə haqq qazandıracaqlar?!!”

Mahmud Sadeqi növbəti Twit-ində belə yazır: “Cənab Rəisi! İslam dünyasının öndər Prezidenti! Məsləhət olarsa, çinli həmkarınıza uyğur müsəlmanlarına qarşı davranışı haqda bir xəbərdarlıq edin!”

Qeyd edək ki, bu yaxınlarda İran Prezidenti Çinə səfər edərək iki ölkə arasında münasibətləri müzakirə edib. İranla Çin arasındakı bu təmas hər iki ölkənin türklərə – Çində uyğurlara, İranda Güney Azərbaycanlılar başda olmaqla türklərə zülm tətbiqi baxımından da diqqət çəkib.

Mission News Theme by Compete Themes.