Press "Enter" to skip to content

Azərbaycanlı rəssamın əsərləri Parisdə

Nigar Nərimanbəyova sərgidə

BAYRAQDAR MEDİA – Fransa paytaxtındakı “Grand Palais Ephmere” sərgi salonunda “Art en Capital – 2023” sərgisi açılıb. Ənənəvi sərgidə Azərbaycan rəssamı Nigar Nərimanbəyovanın da əsərləri nümayiş olunur.

Bu barədə paylaşılan xəbərdə bildirilib ki, ”Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun qızı və sənətinin davamçısı Nigar Nərimanbəyova mütəmadi olaraq əl işlərini Fransada sərgi salonlarında təqdim edir”.

Tanınmış rəssamların əsərlərinin nümayiş olunduğu “Art en Capital – 2023”də Nigar Nərimanbəyovanın “Votsap” tablosu da maraqla qarşılanıb.

N.Nərimanbəyova Azərbaycanı belə mötəbər sərgidə təmsil etməkdən qürur duyduğunu bildirib.

Həmçinin xəbərdə, “salonda nümayiş olunan əsərlər münsiflər heyəti tərəfindən seçilib” deyə bildirilib.

Qeyd edək ki, sərgi fevralın 19-dək davam edəcək.

Mission News Theme by Compete Themes.