Press "Enter" to skip to content

ArazNews Azərbaycan ilə azadlığa doğru…

Məcid Cavadi

BAYRAQDAR MEDİA – Əsasən fars dilində paylaşımlarla diqqət çəkən və İrandakı ictimai-siyasi prosesləri operativ şəkildə işıqlandıran, Güney Azərbaycan milli özgürlük hərəkatının xəbər tribunası kimi fəaliyyət göstərən ArazNews Telegram kanalı fevralın 16-dan etibarən artıq Azərbaycan türkcəsində də yayıma başlayıb.

Bu haqda xəbəri BAYRAQDAR MEDİA-ya Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi verib.

M.Cavadi bildirib ki, milli hərəkat artıq yeni bir mərhələyə qədəm qoyduğu üçün ArazNews-un həm də Azərbaycan türkcəsində yayımlarına ehtiyac yaranıb.

Qeyd edək ki, ArazNews Telegram kanalı fars xidmətinin hazırda 24 mindən artıq abunəçisi var və hər gün ən yeni xəbərlərlə izləyicilərin görüşünə gəlir.

Milli Dirəniş Təşkilatı əlavə olaraq diranish.org, araznews.org saytları üzərindən də həm öz fəaliyyəti, həm də milli hərəkatla bağlı xəbərlər yayır.

Eyni zamanda qurumun InstagramYouTube kanalları da fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.