Son yeniləmə: 16 Fevral 2023 09:01
BAYRAQDAR MEDİA – Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
“Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər”, – deyə xəbərdə bildirilir.
Telefon danışığı ilə bağlı Ukrayna Prezidenti özünün sosial media hesabından paylaşım da edib.
Провів телефонну розмову з Президентом Азербайджану @presidentaz. Подякував за послідовну підтримку 🇦🇿 суверенітету й територіальної цілісності 🇺🇦 та за гуманітарну допомогу, що надається. Обговорили взаємодію на міжнародних майданчиках.
— Volodymyr Zelenskyy / Володимир Зеленський (@ZelenskyyUa) February 15, 2023