BAYRAQDAR MEDİA – Dost Pakistanın Baş naziri Şehbaz Şərif fevralın 16-da qardaş Türkiyəyə səfərə yollandığını bildirib. O, az öncə bu barədə özünün sosial media hesabında paylaşım edib.
“Sarsılmaz həmrəylik, türk qardaş-bacılarımıza Pakistan xalqı və hökuməti adından dəstək mesajı ilə Türkiyəyə yola düşürəm. İki dövlətdə yaşayan bir millət ruhuna sədaqətlə biz onların itkilərini öz itkilərimiz sayırıq”, – deyə Baş nazir qeyd edib.
I am leaving for Türkiye with a message of unwavering solidarity and support for our Turkish brothers and sisters from the people and government of Pakistan. True to the spirit of one nation living in two states, we consider their loss as ours.
— Shehbaz Sharif (@CMShehbaz) February 16, 2023